SİYASƏT


Rusiya Dövlət Sosial Universiteti ÜAK-la bağlı bəyanat yayıb

Bakı, 23 may, AZƏRTAC

Rusiya Dövlət Sosial Universiteti Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvi ilə bağlı Rusiya Federasiyasının Ədliyyə Nazirliyinə müraciət ünvanlanlayıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bəyanatda bildirilir ki, Rusiya Dövlət Sosial Universiteti 10 ildən artıqdır Ümumrusiya Azərbaycanlıları Konqresi ilə əməkdaşlıq edir. Bu illər ərzində sıx dostluq və işgüzar münasibətlərin inkişafı, mədəni, elmi və mənəvi əlaqələrin qurulması istiqamətində ÜAK-la birgə xeyli işlər görülüb.

Həmçinin bəyanatda vurğulanır ki, ictimai təşkilat olan ÜAK-ın yaradılması Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. 2004-cü ildə ÜAK-ın II Qurultayında Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib.

Bəyanatda belə deyilir: “ÜAK-ın qeydiyyatının ləğvi, təşkilatın gələcək taleyi ilə əlaqədar öz narahatlığımızı ifadə edirik. Belə təşkilatların fəaliyyəti Rusiya və Azərbaycan xalqı arasındakı dostluq münasibətlərinin möhkəmləndirilməsi, habelə Azərbaycan diasporunun Rusiyanın ictimai həyatında layiqli iştirakı üçün zəruridir”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.