Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Rusiya Ermənistanın nankorluğunun şahidi olur

Rusiya Ermənistanın nankorluğunun şahidi olur

Moskva, 13 aprel, AZƏRTAC

Moskvada Avrasiya İqtisadi Birliyi (AAİB) hökumət başçılarının iclası keçirilir. Əvvəlcədən aprelin 8-də Yerevanda keçirilməsi nəzərdə tutulmuş iclas Dağlıq Qarabağda baş verən son hadisələrlə əlaqədar Qazaxıstanın təklifi ilə təxirə salındı. Belə ki, ittifaqa daxil olan ölkələr – Qazaxıstan, Belarus, eləcə də Rusiya Ermənistan paytaxtında yığışmağın Azərbaycan tərəfinə təzyiq kimi qəbul olunacağını səbəb gətirmişdilər. Əlbəttə ki, bu Ermənistanda etirazla qarşılanıb.

Ötən günlər ərzində Ermənistanda həm Rusiyanın Azərbaycana silah satması, həm də AAİB-in üzvü olan ölkələrin – Belarus və Qazaxıstanın Dağlıq Qarabağda baş vermiş silahlı toqquşmalar zamanı Azərbaycanı birmənalı şəkildə dəstəkləməsi böyük etiraza səbəb olub.

Ermənistan parlamentinin “Erməni Milli Konqresi” fraksiyasından olan deputatı Nikol Paşinyan AAİB-də qalmağa və onun qərarlarını “sabotaj” etməklə təşkilatın işinə mane olmağa çağırıb. Erməni deputat deyib ki, Ermənistan Avrasiya Birliyinin üzvlüyündən çıxmamalı, onun fəaliyyətini iflic etməli, bütün qərarlara əks getməlidir.

Ermənistanda hakim Respublikaçılar Partiyasından olan deputat Artak Davtyan da AAİB və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMK) üzvü olan ölkələrin Qarabağ məsələsində Azərbaycanı dəstəkləməsindən narazıdır. Onun sözlərinə görə, Belarus Qarabağda döyüşlər başlayan kimi Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi, Qazaxıstan isə AAİB üzvlərinin Yerevana gəlməsinə mane olmaq üçün əlindən gələni etdi. Erməni deputatın strateji tərəfdaş kimi, Rusiyadan da gözləntisi çox idi.

Ermənistan mətbuatı Rusiya hökumətinin sədri Dmitri Medvedevin Bakıya səfərindən də narazıdır. Rusiya rəsmisi Ermənistana əvvəlcədən nəzərdə tutulmuş səfərini qısaltmaq və ikigünlük səfərin bir günü Azərbaycana həsr etmək qərarını vermişdi. Erməni KİV-ləri yazır ki, bu, Ermənistan hakimiyyəti üçün təhqirdir. Mətbuat yazır: “Görünür, Rusiya Baş nazirinin Yerevana səfərinin müddətini qısaltmasının və Qazaxıstanın Baş naziri Karim Masimovun Yerevana gəlməkdən imtina etməsinin bir səbəbi var, o da Azərbaycanın xətrinə dəyməməkdir”.

Rusiya İctimai Palatasının üzvü Sergey Markovun fikrincə, Ermənistanda Rusiyaya qarşı gedən kampaniya “əsl nankorluqdur”. Siyasətçi “facebook” səhifəsində yazıb: “Bu, ləyaqətsizlik və satqınlıqdır”.

Politoloq Andrey Yepifantsev hesab edir ki, Rusiyada Ermənistan cəmiyyətindəki güclü antirusiya əhval-ruhiyyəsinin miqyasını anlamırlar. Onun fikrincə, Ermənistanda hakimiyyəti zəbt etmiş Qarabağ klanı rəhbərlikdə qalmaq üçün Azərbaycan ilə münaqişədən istifadə edir və sülh onların sonu deməkdir. A.Yepifantsev yazır ki, ABŞ-dakı erməni diasporu da parçalanıb. Onlar erməni xalqının mənafeyini güdmürlər. Politoloq yazır: “google”da Rusiya Ermənistana xəyanət etdi” sözlərini axtarışa versəniz, erməni ictimaiyyətinin Rusiyaya qarşı mənfi fikirləri ilə dolu 300 mindən çox məqalə taparsınız. Bu, erməni xalqı üçün özünüməhv deməkdir. Ancaq “Böyük Ermənistanı” belə şeylər nə vaxt yolundan çəkindirib ki...”.

Rusiyanın birinci kanalında yayımlanan “Odnako” verilişinin aparıcısı Mixail Leontyev hələ bir neçə il əvvəl yazırdı ki, Ermənistan neçə illərdir iqtisadiyyatın liberallaşdırılmasına və xarici sərmayələrin cəlb olunmasına səy göstərir. Lakin heç bir investisiya bumu gözə görünmür və heç işıq ucu da yoxdur. Hətta ABŞ və Avropada güclü diaspor belə Ermənistan iqtisadiyyatının yüksəlişinə kömək edə bilmir və yalnız ermənilərin ölkədən qaçmasını asanlaşdırır.

Rusiya yazıçısı və tarixçisi Aleksandr Qoryanin bu günlər Moskvada keçirilən Qarabağ hadisələrinə həsr olunmuş mətbuat konfransında Ermənistanın Dağlıq Qarabağda müharibəyə başlamaqla özünün özünə nə qədər ziyan vurduğunu xüsusi qeyd edib. Ermənistanda olarkən sovet dövründən qalmış köhnə avtomobillərin sayının çox olmasından heyrətə gələn rus yazıçısı Ermənistan əhalisinin sayının dəfələrlə azaldığını, bütöv ailələrin Ermənistandan köçdüyünü müşahidə edib. Tarixçi xatırladıb ki, hələ sovet dövründə Azərbaycanda olarkən bir çox mühüm vəzifələri ermənilərin tutduğunun şahidi olmuşdu və özlərinin yaratdığı bu süni Dağlıq Qarabağ münaqişəsi üzündən ermənilər çox şey itirdilər.

Qarabağda dörd günlük müharibə ətrafında baş verənlər Azərbaycan ilə Rusiya arasında dövlətlərarası münasibətlərin yüksək səviyyədə və çox düzgün qurulduğunu göstərdi. Lakin bir boşluq da nəzərə çarpdı – bu da Rusiyada Azərbaycanın təbliği və Rusiya mətbuatında təmsili məsələsidir. Rusiya mətbuatında Qarabağ hadisələrinin birtərəfli işıqlandırılması Azərbaycan cəmiyyətində narazılıq doğurub. Onu da qeyd edim ki, bu, əsasən, özəl kanallarda və informasiya vasitələrində nəzərə çarpırdı və deməli, dövlətin mövqeyini əks etdirmirdi. Rusiyalı jurnalist Maksim Şevçenko azərbaycanlıların narazılığının haqlı olduğunu qeyd etsə də, bildirib ki, özəl KİV-lərin də Azərbaycana qarşı heç bir qərəzi yoxdur, “bu, sadəcə biznesdir”.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan ilə Çin arasındakı qarşılıqlı faydalı əməkdaşlıq mühüm perspektivlərə malikdir

Çiçəkçilik sevdası: Hobbi necə biznesə çevrildi? – MÜSAHİBƏ

Laçında “Can Laçın” Novruz yarmarkası keçirilir FOTO

Allahşükür Paşazadə Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

® “Xonça” məhsullarının qida təhlükəsizliyi tələblərinə uyğunluğu təsdiqlənib

Milli Məclisin yaz sessiyasında növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Şəki teatrı Novruz bayramı günlərində uşaqları yeni tamaşa ilə sevindirir

Keniyada yol qəzası nəticəsində azı 11 tələbə həlak olub

Türkiyənin zəlzələ bölgəsində inşası tamamlanan mənzillər sahiblərinə təqdim ediləcək

Pedaqoji Universitetdə Çanaqqala zəfərinin ildönümü qeyd olunub

Bakı Mühəndislik Universitetində Təhsilin İnkişafı Fondu ilə əməkdaşlıq imkanları müzakirə edilib

Yaponiya Mərkəzi Bankı 17 ildən sonra mənfi faiz siyasətini dayandırır

"Qədim Şabran" abidəsində Novruz şənliyi

“Qəbələ” İdman Klubu MMA döyüşçüsü ilə müqavilə imzalayıb

Ermənistan “Mir” ödəniş kartına xidməti dayandıracaq

Mingəçevir Dövlət Universitetində Novruz şənliyi keçirilib

NATO-nun Baş katibinin regiona səfərinin Azərbaycandan başlaması ölkəmizin Alyans üçün önəmini nümayiş etdirir - ŞƏRH

“Azərişıq” gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Yüksək Texnologiyalar Parkının istismar proqramı - seminar

Taksi sürücülərinə ödəniş müqabilində şəhadətnamələrin verilməsinə aydınlıq gətirilib

UNEC-də Nobel Sülh mükafatçısı Məhəmməd Yunus adına mərkəzin açılışı olub

İki audiovizual media subyektinə müvafiq lisenziyalar verilib

Nəsimi rayonunda yerləşən banklardan birindən oğurluq edilməsinin qarşısı mühafizə polisi tərəfindən alınıb VİDEO

Malmödə ABBA-nın “Eurovision”da qələbəsinin 50 illiyinə həsr olunmuş sərgi açılacaq

Qızılağac Dövlət Təbiət Qoruğu ərazisində qaçaqmalçılıqla məşğul olan Lənkəran sakini saxlanılıb

Naxçıvanda ağır yol qəzasında 3 nəfər ölüb

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi NATO-nun ölkəmizə diqqətini artırır - RƏY

Londonda Benksinin növbəti monumental boyakarlıq nümunəsi meydana çıxıb

Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda uşaqlar üçün Novruz şənliyi təşkil edilib

Məktəblilər Gənclər Kitabxanasının qonağı olublar

® “PAŞA Holding”in “Vətən əmanətlərin keşiyindədir” layihəsi çərçivəsində şəhid ailələrinə bayram sovqatları çatdırılır

“İçərişəhər” Qoruq İdarəsində Novruz bayramı münasibətilə tədbir keçirilib

Dünyada təhlükəsiziyin təmin edilməsində Azərbaycan-NATO əməkdaşlığının rolu ŞƏRH

“Atatürk dövründə İran-Türkiyə münasibətləri” – seminar

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına başlanılır

“Zirə”nin iki futbolçusu yığma komandalara dəvət alıb

AİBNDX: Malların mənşə ölkəsini təsdiq edən sertifikatların verilməsinin fasiləsizliyi bayram günlərində təmin ediləcək

FHN Novruz bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq

Bu il Şri-Lankaya 500 mindən çox turist gəlib

Cari ilin iki ayı ərzində Azərbaycanda istehsal edilən elektrik enerjisinin miqdarı açıqlanıb

Fransalı tennisçi oyun zamanı huşunu itirib

Domantas Sabonis NBA əfsanələrinin rekordunu təkrarlayıb

Novruz bayramının ilk günündə paytaxtda yağış, dağlıq və dağətəyi rayonlarda isə qar yağacaq

Tramp prezident seçiləcəyi təqdirdə şahzadə Harrini ABŞ-dan qovacaq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

“Novruz gəlir, yaz gəlir” – AzMİU kollektivi İlaxır çərşənbədə tonqal ətrafında bir araya gəldi

BDU Sənaye və Texnoloji Tədqiqat Təşkilatlarının Dünya Assosiasiyasına tamhüquqlu üzv seçilib

“Azəriqaz” Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq

® “Azpetrol” şirkəti yanacaqdoldurma məntəqələrinin sayını 104-ə çatdırıb

Media: İsrail və HƏMAS Doha danışıqlarında kompromisə hazırdır

Türkmənistanın Ticarət-Sənaye Palatası Türk Ticarət və Sənaye Palataları Birliyinin tamhüquqlu üzvü olub

Türkiyənin yeni milli müdafiə sistemi ictimaiyyətə təqdim edilib

ADA Universiteti Fondunun sponsorluq layihələri üzrə direktoru: Gender arası əməkdaşlıq inkişafın göstəricisidir - açıqlama

Novruz təamlarından istifadə edərkən diqqət yetirilməli məsələlər

Şəhid ailə üzvü olan təhsil işçiləri ilə görüş keçirilib

Milli Kitabxanada Novruz bayramı ilə bağlı elektron məlumat bazası yaradılıb

Yevlaxda Novruz bayramı münasibətilə konsert təşkil olunub

Azərbaycan gimnastları Almaniyada Dünya Kubokunda çıxış edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeni veb-saytı istifadəyə verilib

“İnter”in futbolçusu irqçilik etdiyi üçün millinin heyətindən kənarlaşdırılıb

Bir sıra ölkələrdən quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub

Blinken Qəzzada atəşkəsi müzakirə etmək üçün Ər-Riyada və Qahirəyə gedəcək

® “Azersun Holding” 10 mindən çox ailəni Novruz sovqatı ilə sevindirib

Azərbaycan poeziyası İspaniyada

Pomidor istehsalçıları ilə görüş keçirilib

Uzun illər itmiş sayılan nadir dəniz qabığı kolleksiyası indi İngiltərədə nümayiş etdirilir

Yanvar-fevral aylarında əlilliyi olan şəxslərə 20,8 min reabilitasiya vasitəsi verilib

“SpaceX” qlobal internet şəbəkəsinə aid daha 22 peyki orbitə çıxarıb

Son iki ayda sosial sahə üzrə 78 mindən çox e-arayış verilib

Fransa Mərakeşə 146 milyon dollar kredit verir

Qazaxıstan Xəzər dənizində hərbi təlimlər keçirib

Ədliyyə naziri Saatlıda vətəndaşları qəbul edib

“Ətirlisən, dadlısan, süfrəmizin yaraşığısan” II Çay Festivalı keçirilib

Martın 18-də aşkarlanan silah və sursatların sayı açıqlanıb

Fransuaza Jilonun rəssamlıq irsi Pikasso Muzeyində

Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyi qaydalarına dair Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib

Kəngərli rayonunun yaradılmasının 20 illiyinə həsr olunan virtual sərgi təqdim edilib

Bakının abad məhəllələrində Novruz şənlikləri davam edir

Hərbi Prokurorluq işçiləri Müdafiə Nazirliyinin yüksəkrütbəli vəzifəli şəxsləri ilə birgə Novruz bayramı ərəfəsində hərbi hissələrdə olublar

® Monteneqronun sabiq prezidenti Milo Cukanoviç “Azərbaycanın dostu” qızıl ordeni ilə təltif olunub

Dünya Bankı Misirə 6 milyard dollar yardım edəcək

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində səfərə hazırlaşan sürücülərə müraciət edib

Aİ Şurası Ukraynaya yeni yardım fondunu təsdiqləyib

Folklorşünas alim: Torpaq çərşənbəsi insanın təbiətlə həmrəy olması bayramıdır

Türkiyədə fəlakət zonasındakı sakinlər hər ay 15 min evlə təmin ediləcək

DİN: Martın 19-da ölkə üzrə 40 cinayətin açılması təmin olunub

Ölkənin əksər bölgələrinə yağış, dağlıq rayonlara qar yağıb

Dünya birjalarında neft ucuzlaşıb

Zabrat qəsəbəsindəki marketdə baş verən yanğın söndürülüb

Naxçıvanın kəndlərinin içməli su təminatı yaxşılaşdırılır

MDU-da tərəfdaş universitetlərlə birlikdə Çanaqqala Zəfərinin ildönümü qeyd edilib

Azərbaycan nefti bahalaşıb

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edib

® GL 2023-cü ildə neft hasilatı artımına nail olub

Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır

Bakının bəzi yollarında sıxlıq müşahidə olunur SİYAHI

Mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edilib

Ukraynanın Krivoy-Roq şəhərində Novruz bayramı ilə bağlı konsert təşkil edilib

Saatlıda narkokuryerlik edən şəxs saxlanılıb

Hüquq müdafiəçisi: Azərbaycan NATO-nun uzunmüddətli tərəfdaşıdır