Rusiya Federal Miqrasiya Xidməti 1 milyon mühacirin ölkəyə girişini qadağan edəcək
Bakı, 9 yanvar, AZƏRTAC
Rusiya Federal Miqrasiya Xidmətinin başçısı Konstantin Romodanovski müxtəlif ölkələrdən gəlmiş 1 milyondan çox mühacirin növbəti 10 il ərzində ölkəyə girişinin qadağan ediləcəyini bildirib.
AZƏRTAC İnterfax informasiya agentliyinə istinadla xəbər verir ki, 2015-ci il yanvarın 10-dan qüvvəyə minəcək RF qanunvericiliyinə edilən dəyişikliklərə əsasən nəzərdə tutulmuş müddətdən artıq ölkədə qalma səbəbi ilə bir çox mühacirə 3 ildən 10 ilə qədər Rusiyaya giriş qadağan olunacaq.
Rusiyaya mühacir axınının təxminən 70 faiz azaldığını deyən Federal miqrasiya xidmətinin başçısı Orta Asiyadan gələn mühacirlərin sayının azalması ilə yanaşı, Moldova və Ukraynadan mühacir axınının artığını da qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [12:22]
Fransa: Marin Lö Penin 140 milyard avroluq qənaət planı tənqid olunub
- 08.10.2026 [12:04]
Pakistanda 9 terrorçu zərərsizləşdirilib
- 08.10.2026 [11:48]
Lisey şagirdlərinin etirazları davam edir: Parisdə blokadalar qurulub
- 08.10.2026 [11:38]