DÜNYA
Rusiya Federasiya Şurası “Türk axını” sazişini ratifikasiya edib
Moskva, 1 fevral, AZƏRTAC
Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası “Türk axını” sazişini ratifikasiya edib.
Federasiya Şurasının mətbuat xidmətinin məlumatına görə, Şura sədrinin müavini İlyas Umaxanov sənədi təkcə iqtisadi və strateji baxımdan deyil, həm də Türkiyə ilə münasibətlərin tam formatda yaxşılaşdırılmasına doğru atılan siyasi cəhətdən mühüm addım kimi qiymətləndirib.
Rusiya və Türkiyə “Türk axını” üzrə hökumətlərarası sazişi ötən il imzalayıb. Layihəyə əsasən, Qara dənizin dibi ilə salınacaq iki qaz kəmərinin hər biri vasitəsilə 15,75 milyard kubmetr qaz nəql olunacaq. Kəmərin bir qolu Rusiyadan Türkiyəyə, digər qolu isə Türkiyədən keçməklə Avropa ölkələrinə qaz nəqli üçün nəzərdə tutulub.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Türk axını” layihəsinə dair sazişin ratifikasiya edilməsi barədə ölkə parlamentinin qəbul etdiyi qanunu 2016-cı ilin dekabrında imzalayıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]
Peter Siyarto Azərbaycana səfərə yola düşüb
- 24.04.2024 [14:18]
“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq
- 24.04.2024 [14:08]
“Taliban” İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradacaq
- 24.04.2024 [13:55]