Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Rusiya Federasiyası Dağıstan Respublikası Xalq Məclisinin sədri Xızrı Şıxsəidovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu.

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə ən xoş və səmimi təbriklərimi qəbul edin. Azərbaycan Respublikasının keçmişi və gələcəyi ilə sıx bağlı olan bu bayram müxtəlif xalqların, mədəniyyətlərin və dinlərin nümayəndələrini - Vətəni sevən, onu güclü və firavan dövlətə çevirməyə çalışan hər kəsi birləşdirən bir ölkənin müstəqilliyinin rəmzinə çevrilib. Rusiya Federasiyasının tərkib hissəsi olan Dağıstan Sizin ölkənizlə əsrlər boyu davam edən dostluq və mehriban qonşuluq münasibətlərini yüksək qiymətləndirir. Azərbaycan Respublikasında Dağıstan Respublikası günlərinin keçirilməsi münasibətlərimizin genişlənməsinə böyük töhfə verib.

İcazə verin, bu xoş fürsətdən istifadə edib səfər zamanı səmimi qəbula görə dərin təşəkkürümü bildirim. Biz Sizin rəhbərliyiniz ilə iqtisadi və ictimai-siyasi dəyişikliklər istiqamətində Azərbaycanın qazandığı sanballı uğurların, ölkə vətəndaşlarının həyatının yaxşılaşmasının bir daha şahidi olduq.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, firavanlıq, xoşbəxtlik, ölkənizin rifahına yönələn bütün niyyətlərinizin həyata keçməsini, Azərbaycan xalqına isə sülh və rifah arzu edirəm.

Hörmətlə,

Xızrı Şıxsəidov

Rusiya Federasiyası Dağıstan Respublikası

Xalq Məclisinin sədri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin