RƏSMİ SƏNƏDLƏR


Rusiya Federasiyası Dövlət Dumasının Beynəlxalq Məsələlər Komitəsinin sədri Leonid Slutskidən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Sizi 55 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm.

Anadangəlmə nəcib keyfiyyətləriniz, qeyri-adi istedadınız, qarşıya qoyduğunuz məqsədlərə ardıcıl və dönmədən nail olmaq bacarığınız, peşəkarlığınız və əzminiz sayəsində Sizi Azərbaycanın hüdudlarından uzaqlarda da tanıyır və ehtiram bəsləyirlər. Dünyada Azərbaycanın qüsursuz obrazının və nüfuzunun təmin edilməsi üçün şəraitin yaradılmasına Sizin şəxsi töhfəniz və ailənizin töhfəsi ölçüyəgəlməzdir. Bu da böyük atanızın müdrik siyasətinin Sizin tərəfinizdən davam etdirildiyini göstərir və təsdiq edir. Vətəndaşlarınızın xoş güzəranının təmin edilməsi məsələlərinə daim diqqətlə yanaşmağınızı yüksək qiymətləndirirəm. Bunun sayəsində Siz ölkənin iqtisadi inkişafında, dövlətçiliyin təşəkkülündə sanballı nəticələrə nail olmusunuz. Cəmiyyətdə sabitliyin və həmrəyliyin əldə edilməsi, Azərbaycanda ardıcıl və keyfiyyətli dəyişikliklər ölkələrimizin xalqlarının möhkəm dostluq və mehriban qonşuluq ənənələrinə əsaslanan Rusiya-Azərbaycan münasibətlərinin yüksək dinamikasına da müsbət təsir göstərir. Aramızda yaranan şəxsi mehriban münasibətləri yüksək qiymətləndirir və bunun davam edəcəyinə ümid bəsləyirəm.

Ən xoş arzularla Sizə və Sizin mehriban ailənizə möhkəm cansağlığı, səadət, firavanlıq, müvəffəqiyyət və qardaş Azərbaycan xalqının rifahı naminə fəaliyyətinizdə yeni-yeni nailiyyətlər diləyirəm.

 

Hörmətlə,

Leonid Slutski

Rusiya Federasiyası Dövlət Dumasının

Beynəlxalq Məsələlər Komitəsinin sədri

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin