Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Dumanın maliyyə bazarı komitəsi sədrinin müavini Dmitri Savelyevdən

Möhtərəm İlham Heydər oğlu,

Əlamətdar bayram – Respublika Günü münasibətilə Sizi və bütün Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm.

Sizin yorulmaz fəaliyyətiniz, ənənəvi dəyərlərə söykənməyiniz və elmin ən müasir nailiyyətlərini xalqın xidmətinə gətirməyiniz sayəsində bu gün Azərbaycan milli özünəməxsusluğunu, təbiətinin gözəlliklərini, çox zəngin tarixini və mədəniyyətini saxlamaqla, intensiv iqtisadi inkişafın örnəyinə çevrilib. Sizin çox yüksək peşəkarlığınız və siyasi xadim kimi parlaq istedadınız Rusiya-Azərbaycan qarşılıqlı münasibətlərinin inkişafına keyfiyyətcə yeni təkan verib. Sizin insanlara səmimi qayğıkeşliyiniz və Vətənə sonsuz məhəbbətiniz dərin hörmət və heyranlıq hissi doğurur.

Bu bayram günündə Sizə və bütün Azərbaycan xalqına səmimi qəlbdən firavanlıq, sülh və xoşbəxtlik arzu edirəm.

Hörmətlə,

Dmitri Savelyev

Rusiya Federasiyası Dövlət Dumasının deputatı,

Dumanın maliyyə bazarı komitəsi sədrinin müavini

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin