Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun rəhbəri Dmitri Savelyevdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Bu gün biz tamamilə yeni Azərbaycan – nüfuzu siyasi arenada şəksiz olan möhkəm, güclü, inkişaf edən dövlət görürük. Bütün bunlar Sizin müdrik rəhbərliyiniz, strateji baxımdan ölçülüb-biçilmiş qərarlarınız, şəksiz istedadınız, Vətənə məhəbbətiniz və həqiqətən yüksək məqsədlərə çatmaq əzminiz sayəsində mümkün olub. Bütün Azərbaycan xalqı Sizə səmimi ehtiramla yanaşır və haqlı olaraq Sizinlə fəxr edir. Rusiya ilə Azərbaycan arasında dostluq münasibətlərinin inkişafı və möhkəmlənməsi işinə misilsiz töhfənizə görə Sizə xüsusi təşəkkür etmək istərdim. Sizin mehriban qonşuluq, qarşılıqlı dəstək və bir-birinin mövqeyinə dərin hörmət prinsiplərinə əsaslanan kursu dəstəkləməyiniz ölkələrimiz arasında tərəfdaşlığın keyfiyyətcə yeni səviyyəyə qalxmasına imkan verib.

İcazə verin, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, firavanlıq, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə daha böyük uğurlar arzu edim.

 

Dərin hörmətlə,

Dmitri Savelyev

Rusiya Federasiyası Dövlət Dumasının deputatı,

Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun rəhbəri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin