RƏSMİ SƏNƏDLƏR


Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun rəhbəri Dmitri Savelyevdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

İcazə verin, Sizi və bütün Azərbaycan xalqını ən əlamətdar bayramlarınızdan biri – Respublika Günü münasibətilə səmimi qəlbdən təbrik edim.

Bu bayram Azərbaycanın çoxmillətli xalqının birliyinin və həmrəyliyinin, habelə ölkənizin uzun illər boyu dünya siyasi arenasında öz nüfuzunu artıraraq getdiyi yolun müstəqil və düzgün olmasının rəmzidir.

Sizə xas olan müstəsna rəhbərlik istedadı, Vətənə hədsiz sevgi, insanlara səmimi qayğı sayəsində bu gün Azərbaycan bütün sahələrdə intensiv, ardıcıl inkişaf nümunəsidir. Hər bir ailəyə səmimi qəlbdən cansağlığı, hər bir evə firavanlıq, sülh və tərəqqi arzu edirəm.

Dərin hörmətlə,

 

Dmitri Savelyev

Rusiya Federasiyası Dövlət Dumasının deputatı,

Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun rəhbəri

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin