Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasında Kommunist Partiyası fraksiyasının rəhbəri, Rusiya Federasiyası Kommunist Partiyasının Mərkəzi Komitəsinin sədri Gennadi Züqanovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Anadan olmağınızın 55 illiyi münasibətilə səmimi təbriklərimi qəbul edin. Sizi görkəmli dövlət xadimi, atasının işinin layiqli davamçısı, xalqlarımız arasında qədim dostluq ənənələrinə söykənən Rusiya-Azərbaycan əməkdaşlığının möhkəmlənməsinin ardıcıl tərəfdarı kimi tanıyıram. Sizin rəhbərliyiniz ilə iqtisadi və ictimai-siyasi həyatın bütün sahələrində aparılan irimiqyaslı dəyişikliklər Azərbaycanın dinamik inkişafını, xalqın rifahının yüksəlməsini, ölkənin dövlət müstəqilliyinin və onun nüfuzunun beynəlxalq arenada möhkəmlənməsini təmin edir. Bizim görüşlərimizi məmnuniyyətlə xatırlayıram.

Zati-alinizə Vətənin rifahı naminə fəaliyyətinizdə daha böyük uğurlar, Sizə və yaxınlarınıza möhkəm cansağlığı, müvəffəqiyyət və nikbinlik arzu edirəm.

Hörmətlə,

Gennadi Züqanov

Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasında Kommunist Partiyası fraksiyasının rəhbəri,

Rusiya Federasiyası Kommunist Partiyasının Mərkəzi Komitəsinin sədri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin