RƏSMİ SƏNƏDLƏR


Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası sədrinin müavini İlyas Umaxanovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu.

Əlamətdar yubileyiniz münasibətilə ən xoş və səmimi təbriklərimi qəbul edin.

Siz dünya birliyinin gözündə müstəqil Azərbaycan Respublikasının daxili və xarici siyasətinin möhkəm əsasını qoymuş dahi atanızın işinin layiqli davamçısısınız. Azərbaycanın davamlı inkişafı ilə bağlı irimiqyaslı məsələlərin müvəffəqiyyətlə həlli, firavan və sürətlə tərəqqi edən dövlətlərdən biri kimi beynəlxalq arenada nüfuzunun möhkəmlənməsi Sizin adınızla bağlıdır. Əminəm ki, Rusiyanı və qardaş Azərbaycanı birləşdirən sıx qarşılıqlı faydalı və humanitar əlaqələr bundan sonra da inkişaf edəcək.

Bu əlamətdar gündə Sizə insanları cəlb edən, dostlarınızın, silahdaşlarınızın və məsləkdaşlarınızın çevrəsini genişləndirən quruculuq enerjinizi hələ uzun illər qoruyub saxlamağı, habelə xalqınıza xidmət işində daha böyük uğurlar, Sizə və yaxınlarınıza möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq arzu edirəm.

Böyük hörmətlə,

 

İlyas Umaxanov

Rusiya Federasiyası Federal Məclisinin

Federasiya Şurası sədrinin müavini

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin