Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Rusiya Federasiyası Hökumətinin sədri Dmitri Medvedevdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Sizi 55 illik yubileyiniz münasibətilə Rusiya Federasiyasının Hökuməti adından və şəxsən öz adımdan təbrik edirəm.

Dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlıq prinsiplərinə əsaslanan Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə Sizin böyük şəxsi töhfənizi xüsusi qeyd etmək istərdim. Siz ikitərəfli ticari-iqtisadi əməkdaşlığın inkişafına, sənaye, infrastruktur və energetika sahələrində iri müştərək layihələrin həyata keçirilməsinə daim diqqət yetirirsiniz. Əminəm ki, əməli qarşılıqlı fəaliyyətin gücləndirilməsi, regionlararası kooperasiyanın və işgüzar əlaqələrin genişlənməsi Rusiyanın və Azərbaycanın mənafelərinə tamamilə uyğundur.

Sizinlə həmişə konstruktiv, etimada əsaslanan şəraitdə keçən görüşlərimizi səmimiyyətlə xatırlayıram. Səmərəli ünsiyyətimizin davam etdirilməsinə şad olaram.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, firavanlıq və ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

 

Dərin hörmətlə,

Dmitri Medvedev

Rusiya Federasiyası Hökumətinin sədri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin