Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Rusiya Federasiyası İnquş Respublikasının rəhbəri Yunusbek Yevkurovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Sizi əlamətdar yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm.

Siz uzun illərdir xalqınızın rifahı naminə böyük fədakarlıqla çalışırsınız. Əminəm ki, Siz xalqın daimi dəstəyi və etimadı ilə səylərinizi bundan sonra da mühüm sosial-iqtisadi məsələlərin həllinə və respublika sakinlərinin rifahının yüksəlməsinə yönəldəcəksiniz.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, səadət, nəzərdə tutulan bütün planların həyata keçməsi üçün güc və enerji, doğmalarınıza və yaxınlarınıza sülh və firavanlıq arzu edirəm.

Hörmətlə,

 

Yunusbek Yevkurov

Rusiya Federasiyası İnquş Respublikasının rəhbəri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin