Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Rusiya Federasiyası İnquşetiya Respublikasının başçısı Yunusbek Yevkurovdan

Hörmətli İlham Heydər oğlu,

Dövlət bayramınız – Respublika Günü münasibətilə Sizi və Zati-alinizin şəxsində bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.

Azərbaycan iqtisadiyyatın inkişafı və möhkəmlənməsində, sosial, mədəniyyət və təhsil sahələrinin tərəqqisində böyük və layiqli yol qət edib. Bugünkü Azərbaycan gərgin və coşqun zəhmətin, ideya, plan və niyyətlərin bəhrəsinin təcəssümüdür.

Sizə və bütün xalqınıza səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, gözəl ölkənizə isə sülh, çiçəklənmə və rifah arzu edirəm.

Hörmətlə,

Yunusbek Yevkurov

Rusiya Federasiyası İnquşetiya Respublikasının başçısı

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin