Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Rusiya Federasiyası Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoydan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri, möhtərəm İlham Heydər oğlu,

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Artıq çoxdandır ki, bu gün sadəcə Sizin ailənizin bayramı deyildir. Bu günü təkcə Azərbaycanda deyil, həm də Sizin həmvətənlərinizin yaşayıb-yaratdıqları dünyanın bir çox ölkələrində qeyd edirlər. Bu günü ölkəmizin dostu, böyük dövlət xadimi, tarixi sınaqlar dövründə Azərbaycanı qoruyub saxlayan atanızın – görkəmli siyasi xadim Heydər Əlirza oğlu Əliyevin xatirəsinin yaşadığı Rusiyada da qeyd edirlər.

Sizin prezidentliyiniz illərində Azərbaycan bütün dünyada zəngin tarixi və çoxəsrlik ənənələri olan, dinamik inkişaf edən bir ölkə kimi tanınıb. Ölkənin sosial-iqtisadi inkişafında xidmətləriniz şəksizdir, Sizin müdrikliyiniz və çoxşaxəli istedadınız heyranlıq doğurur.

Sizə və yaxınlarınıza möhkəm cansağlığı, səadət və firavanlıq arzu edirəm.

Bu xoş fürsətdən istifadə edib, Sizi qarşıdan gələn Yeni il münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Əminəm ki, bu il Azərbaycan xalqına yeni-yeni uğurlar bəxş edəcək.

Səmimi qəlbdən Sizin,

Mixail Şvıdkoy

Rusiya Federasiyası Prezidentinin Beynəlxalq

mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin