Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

55 illik yubileyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Sizə, nüfuzlu dövlət xadiminə tatarıstanlılar adından və şəxsən öz adımdan səmimi ehtiramımı bildirmək və Tatarıstana xeyirxah münasibətinizə görə təşəkkür etmək üçün bu xoş fürsətə görə çox şadam. Tatarıstan-Azərbaycan əməkdaşlığının uğurlu inkişafı Rusiya-Azərbaycan münasibətləri çərçivəsində qarşılıqlı faydalı layihələrin praktiki reallaşdırılması işinə Sizin dəstəyinizin nəticəsidir. Konstruktiv qarşılıqlı fəaliyyətin gələcəkdə də davam edəcəyinə ümid bəsləyirik və inanırıq ki, bu fəaliyyət Rusiya və Azərbaycan xalqları arasında əlaqələrin və ümumi sülhün möhkəmlənməsinə də kömək edəcək.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqının rifahı naminə gələcək səmərəli fəaliyyətinizdə tükənməz enerji və nikbinlik arzu edirik. Qoy, Sizin doğma ölkənizdə və beynəlxalq aləmdə böyük nüfuzunuz Azərbaycanın inkişafının və onun bütün vətəndaşlarının firavanlığının rəhni olsun.

Zati-alinizə dərin ehtiramımı, Sizə və yaxınlarınıza ən xoş arzularımı qəbul edin.

Hörmətlə,

 

Rüstəm Minnixanov

Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin