Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Mixail Fradkovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin rəhbərliyi adından və şəxsən öz adımdan Sizi Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə təbrik edirəm.

Ali dövləti vəzifənizdə Sizə yeni-yeni uğurlar, möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram.

Fürsətdən istifadə edərək, Rusiya Xarici Kəşfiyyat Xidməti ilə Azərbaycan xüsusi xidmət orqanları arasında dövlətlərimizin təhlükəsizliyinin və milli maraqlarının təmin edilməsinə yönəlmiş qarşılıqlı fəaliyyətə daimi diqqət və dəstəyinizə görə Sizə minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Mixail Fradkov

Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin