İQTİSADİYYAT


Rusiya Federasiyasına pomidor aparan avtomobillərin sərhədkeçmə prosesində hər hansı problem yoxdur

Bakı, 21 may, AZƏRTAC

Gömrük sərhədindən keçən avtomobillərin beynəlxalq yükdaşımalara dair norma və qaydalara riayət etmələrinə ciddi nəzarət olunur və buna görə də Rusiya Federasiyasına pomidor aparan avtomobillərin sərhədkeçmə prosesində hər hansı problem yoxdur.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən AZƏRTAC-a bildirilib ki, son 2 gün ərzində şimal sərhədimizdən Rusiya Federasiyasına 85 yük avtomobili və 49 vaqon pomidor məhsulu heç bir maneə olmadan ixrac edilib.

Dövlət Gömrük Komitəsi onu da bildirir ki, iki ölkənin qarşılıqlı gömrük-keçid məntəqələrində yaranan hər hansı problem gömrük xidmətləri rəhbərləri arasında aparılan danışıqlar vasitəsilə operativ şəkildə öz həllini tapır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.