Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Rusiya Federasiyasının Dağıstan Respublikası Dərbənd Rayon Bələdiyyə Administrasiyasının rəhbəri Məhəmməd Cəlilovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Çox hörmətli İlham Heydər oğlu.

Əlamətdar bayram – Respublika Günü münasibətilə Sizi və Zati-alinizin şəxsində bütün Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm.

Biz, Dağıstanda yaşayan azərbaycanlılar öz düşüncə, ümid və əməllərimizi həmişə Azərbaycan və onun xalqı ilə bağlamışıq, dərdini dərdimiz bilmişik, uğurlarına sevinmişik və bundan sonra da belə edəcəyik.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ölkənizin tərəqqisi istiqamətində böyük işlər görüb.

Möhtərəm İlham Heydər oğlu, Siz də Ulu Öndərin işlərinin layiqli davamçısı olaraq Azərbaycanın gələcək inkişafına və firavanlığına böyük töhfələr verirsiniz.

Hörmətli Prezident, Sizə möhkəm cansağlığı və uzun ömür arzu edirik.

Qoy, Sizin rəhbərliyinizlə Azərbaycanın səması həmişə dinc və aydın olsun.

Dərin hörmətlə,

Məhəmməd Cəlilov

Rusiya Federasiyasının Dağıstan Respublikası

Dərbənd Rayon Bələdiyyə Administrasiyasının rəhbəri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin