Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Rusiya Federasiyasının Dağıstan Respublikası Xalq Məclisinin sədri Xızrı Şıxsəidovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu.

Ad gününüz münasibətilə ən xoş və səmimi təbriklərimi qəbul edin.

Siz siyasi müdrikliyiniz, strateji təfəkkürünüz, dövlətin bu gününə və gələcəyinə görə məsuliyyət hissiniz, vətəndaşlara daim qayğı ilə yanaşmağınız sayəsində çoxmillətli Azərbaycanın sakinləri arasında dərin hörmət, öz ölkəsinin əsl vətənpərvəri və milli lideri kimi layiqli beynəlxalq nüfuz qazanmısınız.

Azərbaycan Respublikasının sosial-iqtisadi və mədəni inkişaf sahələrində şəksiz nailiyyətləri, siyasi sabitliyin qorunub saxlanması, əhalinin həyat səviyyəsinin və rifahının yüksəldilməsi ümummilli lider Heydər Əliyevin məqsədyönlü və uzaqgörən siyasətinin Sizin tərəfinizdən layiqincə davam etdirilməsinin nəticəsidir.

Bu il dekabrın əvvəlində Dağıstan Respublikası Xalq Məclisinin nümayəndə heyətinin parlamentlərarası əməkdaşlıq çərçivəsində Azərbaycana səfəri zamanı biz növbəti dəfə respublikanızın əldə etdiyi uğurların şahidi olduq. Dağıstanlılar Rusiya və Azərbaycan xalqları arasında dostluq əlaqələrinin və qardaşlıq münasibətlərinin möhkəmlənməsinə Sizin töhfənizi yüksək qiymətləndirirlər. Biz bu münasibətlərin bundan sonra da qarşılıqlı hörmət və etimad əsasında inkişaf edəcəyinə inanırıq.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, firavanlıq, tükənməz güc və enerji, Azərbaycan Respublikasının rifahı naminə fəaliyyətinizdə daha böyük uğurlar arzu edirəm.

 

Hörmətlə,

Xızrı Şıxsəidov

Rusiya Federasiyasının Dağıstan Respublikası Xalq Məclisinin sədri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin