Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Rusiya Federasiyasının Dağıstan Respublikası Xalq Məclisinin sədri Xızrı Şıxsəidovdan

Hörmətli İlham Heydər oğlu,

Milli bayramınız – Respublika Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Bu bayram çoxmillətli Azərbaycan xalqının birliyinin, ölkənin suverenliyinin, cəmiyyətdə həmrəyliyin və sabitliyin rəmzidir. Azərbaycanın bugünkü şəksiz uğurları, beynəlxalq miqyasda müstəqilliyinin, nüfuzunun möhkəmlənməsi, əhalisinin həyat səviyyəsinin və firavanlığının yüksəlməsi Sizin yürütdüyünüz məqsədyönlü və uzaqgörən siyasətin bəhrəsidir. Biz Sizin uğurlarınızı öz uğurlarımız kimi qəbul edir və bu nailiyyətlərlə fəxr edirik.

Əminəm ki, xalqlarımız arasında sıx və etibarlı münasibətlər keçmişin şanlı ənənələrindən qaynaqlanaraq, bundan sonra da qardaşlıq, dostluq, qarşılıqlı hörmət və anlaşma əsasında inkişaf edəcək.

Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan Respublikasının çiçəklənməsi naminə bitib-tükənməyən güc və enerji arzu edirəm.

Hörmətlə,

Xızrı Şıxsəidov

Rusiya Federasiyasının Dağıstan Respublikası

Xalq Məclisinin sədri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin