Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkindən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu.

Sizə ən səmimi və dərin ehtiramımı çatdırıram. İcazə verin, Sizi 55 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edim.

Biz Sizi görkəmli dövlət xadimi, bütün yaradıcı enerjisini doğma Azərbaycanın tərəqqisinə sərf edən, zəngin həyat təcrübəsinə malik bir insan kimi tanıyırıq. Siz həyatda bütün vəziyyətlərdə, həmişə Azərbaycan dövlətinin mənafeyinə xidmət işinə, öz vəzifənizə sədaqət nümunəsi olmusunuz.

İcazə verin, Rusiya Federasiyasının Həştərxan vilayəti ilə Azərbaycan Respublikası arasında çoxşaxəli əməkdaşlığın möhkəmlənməsinə və inkişafına göstərdiyiniz hərtərəfli köməyə görə Sizə ürəkdən təşəkkürümü bildirim. Səmimi qəlbdən ümid edirəm ki, bizim bölgələr arasında yaranmış səmərəli, qarşılıqlı faydalı əlaqələr gələcəkdə uğurla inkişaf edəcək və möhkəmlənəcək.

Əlamətdar yubileyiniz münasibətilə Sizə səmimi qəlbdən möhkəm cansağlığı, firavanlıq, uzun illər boyu tükənməz enerji, nəzərdə tutulan bütün planlarınızın reallaşmasını və ali dövləti fəaliyyətinizdə uğurlar arzu edirəm.

Hörmətlə,

Aleksandr Jilkin

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin