Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkindən

Möhtərəm İlham Heydər oğlu,

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Azərbaycan Respublikası sosial-iqtisadi, elmi-texniki və mədəni inkişaf yolunda sanballı uğurlar qazanıb. Beynəlxalq məsələlərdə Azərbaycanın fəal rolu hamı tərəfindən etiraf edilib. Həştərxan vilayəti ilə Azərbaycan Respublikası arasında münasibətlər qədim dostluq və mehriban qonşuluq ənənələrinə əsaslanır. Əminəm ki, biz gələcəkdə də birgə səylərlə konstruktiv siyasi dialoqun, praktiki əməkdaşlığın müxtəlif istiqamətlərdə inkişafını təmin edəcəyik. Təbii ki, bu, dövlətlərimizin xalqlarının rifahına xidmət edəcək.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, Azərbaycan Respublikasının vətəndaşlarına firavanlıq və əmin-amanlıq arzu edirəm.

Hörmətlə,

Aleksandr Jilkin

Rusiya Federasiyasının Həştərxan

vilayətinin qubernatoru

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin