İDMAN
Rusiya Federasiyasının Olimpiya heyətindən 109 idmançı kənarlaşdırılıb
Bakı, 27 iyul, AZƏRTAC
Beynəlxalq Yay İdman Növləri Federasiyası Rio-de-Janeyroda Rusiya nümayəndə heyətinin sayını azaltmağa davam edir. 2016-cı ilin Oyunları üçün seçilmiş rusiyalı idmançıların iştirakına yol verməmək hüququnu ona Beynəlxalq Olimpiya Komitəsi verib.
Rusiya KİV-lərinin bugünkü məlumatına görə, Olimpiadaya vəsiqə alan 387 idmançıdan 161 nəfəri artıq Oyunlara buraxılıb, 109 idmançı tamamilə kənarlaşdırılıb, 117 idmançının vəziyyəti isə mübahisəlidir.
Oyunlardan kənarlaşdırılanların 67-si yüngül atlet, 27-si avarçəkən, 7-si üzgüçü, bir nəfər yelkənli idman nümayəndəsi, biri isə beşnövçüdür. Bir güləşçi, üç velosipedçi və iki ağır atlet haqqında da kənarlaşdırma qərarının çıxarılacağı gözlənilir. Cəmi 109 nəfər. “R-Sport” saytı yazır ki, həmin siyahı mütləq genişləndiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [18:32]
Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub
- 25.04.2024 [17:14]
Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb
- 25.04.2024 [17:01]
Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb
- 25.04.2024 [16:34]
Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb
- 25.04.2024 [16:27]
Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar
- 25.04.2024 [16:22]
“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik
- 25.04.2024 [14:12]