CƏMİYYƏT


Rusiya Federasiyasının insan hüquqları üzrə müvəkkili Baş Prokurorluqda olub

A+ A

Bakı, 29 dekabr, AZƏRTAC

Dekabrın 29-da Azərbaycan Respublikası baş prokurorunun birinci müavini Rüstəm Usubov Rusiya Federasiyasının insan hüquqları üzrə müvəkkili xanım Tatyana Moskalkovanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluğun fəaliyyəti üçün zəruri normativ-hüquqi bazanın yaradılması, prokurorluq orqanlarında köklü islahatların aparılması, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində digər hüquq-mühafizə orqanları, eyni zamanda, Ombudsman təsisatı ilə qarşılıqlı səmərəli əlaqələrin qurulması barədə ətraflı məlumat verilib.

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafını vurğulayan baş prokurorun birinci müavini insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi, işgəncələrin və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan davranış və ya cəzanın qarşısının alınmasında prokurorluğun rolu, iki ölkə arasında insan hüquqları sahəsində əməkdaşlığın inkişaf etdirilməsi baxımından dekabrın 28-də Azərbaycan və Rusiya ombudsmanları arasında imzalanmış ikitərəfli əməkdaşlıq sazişinin əhəmiyyətini xüsusi qeyd edib.

Xanım Tatyana Moskalkova səmimi görüşə görə minnətdarlığını bildirib. Qonaq həmkarının insan hüquqları sahəsində uğurlu fəaliyyətini vurğulayıb, eyni zamanda, həmin təsisatla qarşılıqlı əməkdaşlıqda maraqlı olduğunu bir daha diqqətə çatdırıb.

Görüşdə Rusiyanın ölkəmizdəki səfiri Vladimir Doroxin də iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.