DÜNYA


Rusiya Günü qeyd olunur

Moskva, 12 iyun, AZƏRTAC

1990-cı il iyunun 12-də Rusiya Federasiyasının dövlət suverenliyi haqqında Bəyannamənin qəbul edilməsi ilə əlaqədar bu gün ənənəvi olaraq Rusiya Günü qeyd edilir.

Prezident Vladimir Putinin bu münasibətlə keçirilən bayram tədbirlərinin iştirakçılarına və qonaqlarına ünvanladığı məktubda bildirilir ki, Rusiya Günü ilə əlaqədar keçirilən bayram tədbirləri bir çox ölkələrin ictimai həyatında mədəni hadisəyə çevrilib, dostluq və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə kömək edir.

Rusiya Günü münasibətilə ölkənin bütün regionlarında müxtəlif tədbirlər, o cümlədən idman yarışları, konsert proqramları, festivallar təşkil olunur.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.