MƏDƏNİYYƏT


Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində Stalinqrad döyüşünə həsr edilən sərgi keçirilib

Bakı, 19 iyul, AZƏRTAC

Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində (RİMM) Stalinqrad döyüşünün 75 illiyinə həsr edilən sərgi açılıb.

AZƏRTAC RİMM-in saytına istinadla xəbər verir ki, açılış mərasimində çıxış edən “Rossostrudniçestvo” agentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov Stalinqrad döyüşündə sovet xalqının xidmətindən danışıb, faşizm üzərində qələbəyə Rusiya və Azərbaycan xalqlarının töhfəsini vurğulayıb.

Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar. Sərgidə Stalinqrad müdafiəçilərinin nadir fotoşəkilləri yer alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.