DÜNYA
Rusiya İrandan məhsul qarşılığında neft alacaq
Bakı, 22 avqust, AZƏRTAC
Rusiya İrandan aldığı neftin yarısının pulunu nağd, qalanını isə bəzi malları ixracı ilə ödəyəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə İranın neft nazirinin müavini Əmir Hüseyn Zamanı Niya deyib.
O, İran ilə Rusiya arasında imzalanan “məhsul qarşılığında neft” sazişinin sentyabrın sonu və ya oktyabrın əvvəlində qüvvəyə minəcəyini bildirib. “Məhsul qarşılığı neft” ixracı çərçivəsində İrandan Rusiyaya gündəlik 100 min barrel xam neft ixrac olunacaq.
Neftin satışı üzrə ödəmələrin 50 faizinin avro ilə nağd ödəniləcəyini qeyd edən nazir müavini bildirib ki, qalan hissə isə ölkədə tələbat olan Rusiya mallarının idxalını maliyyələşdirmək məqsədilə istifadə ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [16:16]
Britaniya Ukraynaya ən böyük hərbi yardım paketini elan edəcək
- 23.04.2024 [16:14]
Pakistan iqtisadiyyatında artım müşahidə olunur
- 23.04.2024 [15:57]
BEA: Bu il elektromobil satışları 20 faizdən çox artacaq
- 23.04.2024 [15:53]
Çexiyada V4 ölkələri baş qərargah rəislərinin görüşü keçirilir
- 23.04.2024 [15:09]
İsrail ordusu “Hizbullah”ın iki komandirinin öldürüldüyünü bildirib
- 23.04.2024 [15:04]