İDMAN


Rusiya KİV-ləri: Azərbaycanlıları dünya birinciliyində görmək şansı əsla fantastik görünmür

A+ A

Moskva, 12 oktyabr, AZƏRTAC

Madam ki, dünya çempionatı Rusiyada keçiriləcək, yaxın qonşularımızdan birinin də bu çempionatda iştirakını təxmin etmək məntiqi olardı. AZƏRTAC xəbər verir ki, fikir “Futbolrevyu” informasiya-analitik nəşrinin materialında yer alıb.

Nəşr yazır: “Keçmiş SSRİ yığmalarından ən yaxşı azərbaycanlılar start götürüblər. Qapısından heç bir qol keçirməyən Robert Prosineçkinin komandası almanlardan sonra ikinci yerdədir. Çexlərin inamlı görünmədikləri, Norveç və Şimali İrlandiya komandalarının o qədər də qorxulu olmadıqları nəzərə alınsa, azərbaycanlıları dünya birinciliyində görmək şansı əsla fantastik görünmür”.

Keçmiş sovet respublikalarının 2018-ci ilin dünya çempionatının seçmə turnirinin final mərhələsinə keçmək şansının nəzərəçarpacaq dərəcədə azaldığını qeyd edən “Futbolrevyu”nun şərhçisi yazır: “Belarus yığması Hollandiyada darmadağın edilib, sonra da Lüksemburqa uduzub. Ermənistan yığması turnirdə ikinci və üçüncü dəfə də məğlubiyyətə uğrayıb. Moldova komandası da eyni vəziyyətdədir. Qazaxıstan yığmasının cəmi iki xalı var, Gürcüstan ondan da az - bir xal qazanıb. Latviya yığması öz meydanında Farer adaları komandasına uduzub. Estoniya yığması isə yalnız Cəbəllütariq komandası üçün qorxuludur. Ukrayna pis start götürməyib (iki heç-heçə və qələbə), amma komandada elə bir hərc-mərclik var ki. Litva yığması inamlı görünsə də, rəqib cəhətdən bəxti gətirməyib”.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.