İQTİSADİYYAT
Rusiya Kənd Təsərrüfatı Sığortaçılarının Milli İttifaqı ilə Azərbaycan Sığortaçılar Assosiasiyası arasında əməkdaşlığa dair saziş imzalanacaqdır
Bakı, 21 may (AZƏRTAC). Azərbaycan Sığortaçılar Assosiasiyası İctimai Birliyinin (ASA) təşkilatçılığı və Maliyyə Nazirliyinin dəstəyi ilə iyunun 20-21-də keçiriləcək IV Azərbaycan Beynəlxalq Sığorta Forumuna hazırlıqlar davam edir.
ASA-dan AZƏRTAC-a bildirilmişdir ki, tədbirdə Azərbaycanla yanaşı Rusiya, Ukrayna, Rumıniya, Bolqarıstan, Gürcüstan, Avstriya, Türkiyənin sığorta və təkrarsığorta sahəsində ixtisaslaşmış aparıcı ekspertləri, Dünya Bankının, Avropanın ən iri təkrarsığorta şirkətlərinin nümayəndələri iştirak edəcəklər. Ekspertlər həyat, tibbi, kənd təsərrüfatı və avtomobil sığortaları mövzularında təqdimatlar edəcəklər.
Forumda Rusiyanın “Kənd Təsərrüfatı Sığortaçılarının Milli İttifaqı” ilə ASA arasında qarşılıqlı əməkdaşlığa dair saziş imzalanacaqdır.