DÜNYA


Rusiya Maliyyə Nazirliyi və “Sberbank” əhali üçün istiqraz buraxmağı düşünür

A+ A

Bakı, 24 noyabr, AZƏRTAC

Rusiya Maliyyə Nazirliyi “Sberbank” ilə birlikdə əhali üçün federal borc istiqrazlarının konfiqurasiyası və yayılması sistemini hazırlayır. Bu barədə maliyyə nazirinin müavini Sergey Storçak məlumat verib.

AZƏRTAC “lenta.ru”ya istinadla xəbər verir ki, nazir müavininin sözlərinə görə, bazara istiqraz çıxarılması prosesi “Sberbank”ın təklif etdiyi şərtlərdən asılı olacaq. Bu istiqrazların yayılmasında agent-bankın çox güman ki, müəyyən xərci çıxacaq. Onların necə kompensasiya olunması hələlik məlum deyil. İstiqrazların bu il və ya gələn il buraxılması barədə qərar hələ ki qəbul edilməyib. Yaxşı məhsul buraxmaq üçün çox ehtiyatla işləyirik”, - deyə nazir müavini qeyd edib.

Oktyabrın ortalarında Storçak bildirmişdi ki, nazirlik ilin sonunadək federal borc istiqrazları buraxmaq üçün təkliflər hazırlayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.