DÜNYA


Rusiya-Misir birgə antiterror təlimləri keçiriləcək

A+ A

Qahirə, 15 oktyabr, AZƏRTAC

Yerli KİV-lərin verdiyi məlumata görə, oktyabrın 15-dən 26-dək Misirdə “Dostluğun müdafiəçiləri – 2016” adlı Rusiya-Misir birgə antiterror təlimləri keçiriləcək.

Rusiyanın və Misirin hava-desant qoşunları (HDQ) Afrika səhraları şəraitində müasir paraşüt sistemlərindən istifadə etməklə ilk dəfə birgə kütləvi paraşüt desantı tətbiq edəcəklər. Təlimlərdə 15 helikopter və təyyarədən, habelə 10 vahid döyüş texnikasından istifadə olunacaq. Bildirilir ki, rusiyalı desantçılar Misirdəki hərbi poliqonlardan birinin ərazisinə “İl-76” hərbi nəqliyyat təyyarələri ilə çatdırılıb. Təlimlərdə hər iki tərəfdən 500-dən çox desantçı əsgər kimi iştirak edir.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.