İQTİSADİYYAT
Rusiya: Neft hasilatını “dondurmağı” düşünə bilərik
Bakı, 27 oktyabr, Nihad Budaqov, AZƏRTAC
Rusiya xam neft hasilatını “dondurmağı” düşünə bilər.
AZƏRTAC xəbər verir ki, bunu Neft İxrac edən Ölkələr Təşkilatındakı (OPEC) Rusiyanın daimi nümayəndəsi Vladimir Voronkov deyib.
O bildirib ki, neft bazarında sabitliyin təmin olunması məqsədi daşıyan müzakirələrin mövcud mərhələsində Rusiya hasilatını məqbul səviyyədə “dondurmaq” variantı üzərində dayanır. Rəsmi Moskva məsləhətləşmələr zamanı öz mövqeyini dəyişdirə bilər və neft hasilatını “dondurmağı” müzakirəyə aça bilər.
“Hazırda neft hasilatını “dondurmaq” ideyasının məqbul bir yanaşma olduğunu düşünmürük. İstehsalın müəyyən səviyyədə məhdudlaşdırılması və ya azaldılması ilə neft bazarındakı tarazlığın pilləli şəkildə təmin edilməsinə ehtiyac olduğunu düşünürük. Lakin bu yanaşma da müəyyən müddətdən sonra dəyişə bilər”, - deyə Vladimir Voronkov əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]