SİYASƏT
Rusiya Prezidenti Bakının və Azərbaycanın arxiyepiskopunu təltif edib
Bakı, 10 aprel, AZƏRTAC
Rusiya Prezidenti Vladimir Putin Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr Atanı (İşşeini) “Dostluq” ordeni ilə təltif edib.
Rusiya Prezidentinin ölkənin rəsmi hüquq informasiyası portalında dərc edilmiş Fərmanında deyilir ki, Moskva Patriarxlığının Bakı və Azərbaycan Yeparxiyasına başçılıq edən Aleksandr Ata rus diasporunun dəstəklənməsi işinə böyük töhfəsinə, Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında qarşılıqlı konfessiyalararası anlaşmanın və əməkdaşlığın möhkəmlənməsi istiqamətində səmərəli fəaliyyətinə görə “Dostluq” ordeni ilə təltif edilib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva