DÜNYA


Rusiya Prezidenti “Birbaşa xətt”də vətəndaşların suallarını cavablandırır

Moskva, 15 iyun, AZƏRTAC

Bu gün Rusiya Prezidenti Vladimir Putin “Birbaşa xətt”də ölkə vətəndaşlarının suallarını cavablandırır.

V.Putinlə birbaşa ünsiyyət artıq 15-ci dəfədir keçirilir. Bu il də verilən suallar arasında sosial və məişət problemləri, habelə ölkədə iqtisadi vəziyyətə dair suallar üstünlük təşkil edir. Təşkilat komitəsinin məlumatına görə, bu dəfə Prezidentin ünvanına 1,8 milyon sual daxil olub. Ötən il Rusiya lideri 3 saat 40 dəqiqə ərzində 80 suala cavab vermişdi.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.