DÜNYA


Rusiya Prezidenti MDB ölkələrinin birgə operativ istintaq qruplarının yaradılması haqqında sazişi Dövlət Dumasına təqdim edib

A+ A

Moskva, 19 noyabr, AZƏRTAC 

Rusiya Prezidenti Vladimir Putin MDB ölkələrinin birgə operativ istintaq qruplarının yaradılması haqqında sazişi ratifikasiya olunması üçün Dövlət Dumasına təqdim edib.

Saziş qarşılıqlı surətdə əlaqəli cinayətlərin – MDB ölkələrindən birinin səlahiyyətində olan, lakin Birliyin digər dövlətlərindən istintaq məlumatlarının alınmasına ehtiyac olan cinayət işlərinin araşdırılması məsələlərini nizamlamağa imkan verəcək.

Sənəd MDB Dövlət Başçıları Şurasının 2015-ci ildə Qazaxıstanda keçirilən iclasında imzalanıb.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.