DÜNYA


Rusiya Prezidenti: Ölkənin gələcək lideri gənc, eyni zamanda, yetkin şəxs olmalıdır

A+ A

Moskva, 5 sentyabr, AZƏRTAC

Rusiya Prezidenti Vladimir Putin “Bloomberg” agentliyinə müsahibəsində bildirib ki, növbəti prezident seçkilərində iştirak edib-etməyəcəyini hələ müəyyənləşdirməyib.

Prezident V.Putinin sentyabrın 1-də Bloomberg” agentliyinə verdiyi müsahibənin mətni Kremlin rəsmi saytında dərc olunub. Prezident V.Putinin fikrincə, ölkənin gələcək lideri gənc, eyni zamanda, yetkin şəxs olmalıdır.

Dövlət başçısı sentyabrda ölkədə parlament seçkilərinin keçiriləcəyini xatırladaraq qeyd edib ki, bu seçkilərin nəticələrini nəzərdən keçirmək lazımdır. “Qarşıda hələ 2 il var, bu barədə danışmaq hələ çox tezdir”,- deyə o, əlavə edib.

Rusiya Prezidenti vurğulayıb ki, işləmək, xalqın rifah halını artırmaq, iqtisadiyyatı, sosial sahəni inkişaf etdirmək, ölkənin müdafiə qabiliyyətini yüksəltmək lazımdır.

Xatırladaq ki, Rusiyada növbəti prezident seçkiləri 2018-ci ildə keçiriləcək. Hazırki dövlət başçısı V.Putinin yenidən namizədliyini irəli sürmək hüququ var.

Fəridə Abdullayeva

AZƏRTC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.