İQTİSADİYYAT


Rusiya Prezidenti: “Şimal axını-2” kiməsə qarşı yönəlməyib

Moskva, 21 iyun, AZƏRTAC 

“Şimal axını-2” kiməsə qarşı yönəlməyib, o, enerji bazarının inkişafına kömək etməlidir və bunu bütün tərəfdaşlara sakitcə izah etmək lazımdır.

Rusiya Prezidenti Vladimir Putin bu fikirləri “Royal Dutch Shell”in baş icraçı direktoru Ben van Berdenlə görüşündə bildirib.

“Bizə sadəcə bütün tərəfdaşlarımıza, bunda marağı olan bütün ölkələrə izah etməliyik ki, bu layihə kiminsə əleyhinə yönəlməyib, əksinə, energetika bazarlarının inkişafına kömək etmək üçün nəzərdə tutulur”, - deyə V.Putin qeyd edib. Onun sözlərinə görə, “Şimal axını-2” sırf kommersiya layihəsidir.

Rusiya Federasiyasının Prezidenti əlavə edib ki, enerji resurslarını digər mənbələrdən də əldə etmək mümkündür. “Məsələ rəqabətqabiliyyətlilikdə, məsələ logistikada və bütün bu komponentlərin qiymətindədir, - deyə o, qeyd edib. – Mənə elə gəlir ki, sadəcə səbirlə, çox xeyirxah anlamda bizim bütün tərəfdaşlarımızla dialoq aparmaq lazımdır”.

V.Putin vurğulayıb ki, “Şimal axını-2” layihəsi Avropada, xüsusilə onun şimalında qaz hasilatının azalması ilə bir vaxtda Avropada qaz istehlakının genişləndirilməsi perspektivləri ilə bağlıdır.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.