DÜNYA


Rusiya Prezidenti Vladimir Putin oktyabrın 10-da İstanbula səfər edəcək

A+ A

Bakı, 4 oktyabr, AZƏRTAC

Rusiya Prezidenti Vladimir Putin oktyabrın 10-da İstanbula səfər edəcək. RF Prezidentinin səfər çərçivəsində türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan ilə ikitərəfli görüşü və Ümumdünya Enerji Konqresində çıxışı planlaşdırılır.

AZƏRTAC “Interfax” informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə jurnalistlərə RF Prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.

Xatırladaq ki, sentyabrın əvvəllərində Rusiya və Türkiyə liderləri Moskvanın Ankaraya tətbiq etdiyi ərzaq embarqosunun, eləcə də Rusiya ət-süd məhsullarının Türkiyə bazarına çıxarılmasına qoyulan qadağanın aradan qaldırılması məsələlərini müzakirə ediblər. Bundan başqa, “Türk axını” layihəsinin reallaşdırılması və “Akkuyu” atom elektrik stansiyası ilə bağlı məsələlər də nəzərdən keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.