DÜNYA


Rusiya Prezidenti Xəzərdə neft yatağının istismarına start verəcək

A+ A

Moskva, 31 oktyabr, AZƏRTAC

Rusiya Prezidenti Vladimir Putinin Həştərxana səfəri başlayıb.

Səfər çərçivəsində dövlət başçısı Rusiya Federasiyasının Prezidenti yanında Millətlərarası Münasibətlər Şurasının iclasında iştirak edəcək.

Kremlin mətbuat xidmətinin məlumatına görə, iclasda 2012-ci ildə qəbul olunmuş dövlətin milli siyasət strategiyasının həyata keçirilməsi məsələləri müzakirə olunacaq.

V.Putin, həmçinin “Həştərxan Gəmiqayırma İstehsalat Birliyi” Səhmdar Cəmiyyətində olacaq, Vladimir Filanovski adına neft yatağının istismara verilməsi prosesində iştirak edəcək. Xəzər hövzəsinin şimalında yerləşən bu neft yatağı 2005-ci ildə kəşf edilib, yatağın operatoru “LUKOYL” şirkətidir.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.