DÜNYA
Rusiya Prezidenti dekabrın 15-də Yaponiyaya səfər edəcək
Tokio, 3 sentyabr, AZƏRTAC
Yaponiyanın Baş naziri Şinzo Abe və Rusiya Prezidenti cari ildə daha bir yüksək səviyyəli görüşün keçirilməsi barədə razılığa gəliblər.
NHK televiziya kanalının Rusiya və Yaponiya diplomatik mənbələrinə istinadla yaydığı məlumata görə, Vladimir Putin dekabrın 15-də Yaponiyaya səfər edəcək. Səfər zamanı iki liderin Baş nazir Şinzo Abenin anadan olduğu Yamaquçi prefekturasının Naqato şəhərində görüşəcəyi bildirilir.
Beynəlxalq konfranslar istisna olmaqla, ikitərəfli yüksək səviyyəli görüşün keçirilməsi üçün Rusiya Prezidenti Vladimir Putin son dəfə 2005-ci ilin noyabrında Tokioya səfərə gəlib.
Yaponiyanın Baş naziri Şinzo Abe isə hazırda Uzaq Şərqdə ikigünlük səfərdədir. Vladivostokda keçirilən Şərqi İqtisadi Forum çərçivəsində o, sentyabrın 2-də Rusiya Prezidenti ilə görüşüb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]
Almaniyada əsgər çatışmır
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
Almaniyada əsgər çatışmır
- [16:32]
BDU-da “Türk otağı” açılıb
- [16:13]
Xocalı al lalələrlə bəzənib FOTO
- [15:39]