DÜNYA


Rusiya Prezidenti ilə Qətər Əmiri arasında telefon danışığı olub

Bakı, 2 iyul, AZƏRTAC

Qətərin rəsmi xəbər agentliyi QNA-nın verdiyi məlumata görə, Rusiya Prezidenti Vladimir Putin Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Taniyə telefonla zəng edib. Telefon danışığı zamanı iki ölkə arasındakı əlaqələrin gücləndirilməsi, həmçinin Qətər böhranının həlli yolları müzakirə olunub.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Putin və Al Tani Qətər ilə bəzi ərəb ölkələri arasında yaşanan böhranın diplomatik yollarla və dialoq ilə həllinin vacibliyini vurğulayıblar.

Xatırladaq ki, iyunun 5-də Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn Dohanı beynəlxalq terrorizmi dəstəkləməkdə ittiham edərək, onunla diplomatik münasibətləri kəsiblər. Daha sonra Küveyt və Oman istisna olmaqla, digər körfəz ölkələri də onlara qoşulublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.