DÜNYA
Rusiya: Qara dənizdə qəzaya uğrayan “Tu-154” təyyarəsinin göyərtəsində 93 nəfər olub [YENİLƏNİB] VİDEO
Rusiya Müdafiə Nazirliyinin qəzaya uğrayaraq Qara dənizə düşən “Tu-154” təyyarəsinin göyərtəsində 93 nəfər olub. Müdafiə Nazirliyi təyyarədə olan sərnişinlərin adlarını öz saytında yerləşdirib.
11:22
Rusiya Müdafiə Nazirliyinin son məlumatına əsasən Qara dənizdə qəzaya uğrayan “Tu-154” təyyarəsinin göyərtəsində 84 sərnişin və 8 ekipaj üzvü olub. Həlak olanlardan birinin cəsədi tapılıb.
Qəzanın səbəbləri araşdırılır.
10:31
Rusiya İstintaq Komitəsi baş vermiş təyyarə qəzası ilə bağlı cinayət işi açıb.
10:14
Qara dənizdə sahildən 6 kilometrlik məsafədə “Tu-154” təyyarəsinin təkər hissəsi və yağ ləkələri tapılıb.
Təyyarədəki jurnalistlərin Rusiyanın Birinci Kanalının və “Zvezda” telekanalının əməkdaşları olduqları bildirilir.
10:04
Rusiya Müdafiə Nazirliyinə məxsus “Tu-154” təyyarəsi Qara dənizə düşüb.
09:06
Bakı, 25 dekabr, AZƏRTAC
Rusiya Müdafiə Nazirliyinə məxsus “Tu-154” təyyarəsi Soçidə havaya qalxdıqdan bir qədər sonra radarlardan itib.
AZƏRTAC TASS agentliyinə istinadla bildirir ki, göyərtəsində 83 sərnişinin və 8 ekipaj üzvünün olduğu təyyarə Soçidən Suriyadakı Xmeymim hərbi bazasına uçurdu. Təyyarədə Aleksandrov adına ansamblın musiqiçiləri və KİV nümayəndələri olub.