Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Rusiya Rəssamlıq Akademiyasının prezidenti Zurab Seretelidən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Çox hörmətli İlham Heydər oğlu.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Rusiya Rəssamlıq Akademiyasının Rəyasət Heyəti, Rusiya rəssamları adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi qəbul edin.

28 May - Respublika Günü ölkənizin tarixində çox əlamətdar hadisədir. Məhz 1918-ci ilin həmin may günündə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması elan edilib. Müstəqilliyini yenidən bərpa edən Azərbaycan bu gün çiçəklənən ölkəyə çevrilib. Bu uğurların qazanılmasında Sizin mühüm rolunuz əvəzsizdir. Akademiyamız yaradıcılıq layihələrinə və təşəbbüslərinə Sizin diqqət və qayğınızı, həmçinin mədəniyyətin, incəsənətin və ölkələrimiz arasında mədəniyyətlərarası dialoqun inkişafına töhfələrinizi yüksək dəyərləndirir.

Çox hörmətli İlham Heydər oğlu, bu əlamətdar bayram münasibətilə Sizi və Sizin şəxsinizdə bütün Azərbaycan xalqını bir daha səmimi qəlbdən təbrik edirik.

Sizə fəaliyyətinizdə müvəffəqiyyətlər, xoşbəxtlik, sülh və rifah diləyir, bütün niyyətlərinizin və təşəbbüslərinizin uğurla həyata keçməsini arzulayırıq.

Hörmətlə,

Zurab Sereteli

Rusiya Rəssamlıq Akademiyasının prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin