Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Rusiya-Türkiyə-İran koalisiyası: Qərbin reaksiyası və qlobal geosiyasət

Rusiya-Türkiyə-İran koalisiyası: Qərbin reaksiyası və qlobal geosiyasət

Moskvada üç dövlətin Suriya ilə bağlı müzakirələr aparması dünya siyasətində rezonans doğurub. Müxtəlif səviyyələrdə bu hadisənin təhlili aparılır. Artıq meydana yeni bir əməkdaşlıq formatının çıxdığını vurğulayırlar. Bu prosesin müsbət, yaxud mənfi nəticələr verə biləcəyi ilə bağlı fikir mübadiləsi aparılır. Ekspertlər hesab edirlər ki, hələlik kövrək olan Rusiya-Türkiyə-İran “üçlüyü”, eyni zamanda, Yaxın Şərqdə qüvvələr nisbətini dəyişə bilər. Burada əməkdaşlıq formatının nüvəsində Rusiyanın dayandığına əmindirlər. Həmin səbəbdən “üçlüyü” Moskvanın geosiyasi addımı olaraq qiymətləndirirlər. Onun fonunda isə Vaşinqtonun baş verənlərə münasibətini təhlil edirlər. Bu aspektdə də müəyyən ziddiyyətlər özünü göstərməkdədir. Onların işığında Rusiya-Türkiyə-İran əməkdaşlığının perspektivi necə görünür? Bu, qlobal geosiyasətin dinamikasında hansı dəyişikliklərə təkan verə bilər?

Yaxın Şərq kabusu: böyük dövlətlərin yeni manevrləri fonunda

Belə görünür ki, Yaxın Şərqdə böyük dövlətlərin nüfuz uğrunda mübarizəsi yeni mərhələyə qədəm qoymaqdadır. Hər bir halda ekspertlər əmindirlər ki, artıq həmin regionda əvvəlki mənzərə mövcud deyil – qüvvələr nisbəti hiss ediləcək dərəcədə yeniləşib. Burada əsas təkanverici aktor rolunu Rusiyanın oynadığından yazırlar. Belə ki, Moskva Ankara və Tehranı bir araya gətirərək hələlik kövrək olan koalisiya formalaşdıra bilib. Doğrudur, burada əsas rolu Moskva və Ankaranın oynadığını deyirlər. Tehran yalnız Hələbdən insanların çıxarılması zamanı humanitar karvana hərbi müdaxilə ilə özünü Rusiya və Türkiyənin yanında qəbul etdirə bilib. Bununla bağlı Rusiyanın Din və Siyasət İnstitutunun prezidenti Aleksandr İqnatenko vurğulayıb: “Bu çox kövrək birliyin (Rusiya-Türkiyə-İran formulu nəzərdə tutulur – Newtimes.az) nüvəsi Rusiya və Türkiyədir. Onlar bütün Suriya böhranının həlli formulu ola biləcək üsulu Hələb böhranının həllində tapa bildilər...Ancaq Tehran Rusiya-Türkiyə planına mane olmaq üçün hər şeyi etdi – Hələbdən çıxarılan sünni qruplarını atəşə tutmağa qədər getdi. Bu aksiyalar və başqa tədbirlər nəticəsində İran Rusiya və Türkiyə “dueti”ndə iştirak etməyi məcburən qəbul etdirdi...” (bax: Игорь Субботин. На Ближнем Востоке – новый передел сфер влияния / "Независимая газета", 22 dekabr 2016).

Ekspertin fikirlərinin nə dərəcədə dəqiq olduğunu deyə bilmərik, lakin bizcə, İran əvvəlcədən Rusiya ilə birlikdə Suriya məsələsində kifayət qədər təsiredici addımlar atırdı. Buna görə də onun Ankara-Moskva “dueti”nin yanında olması yalnız Hələb məsələsi ilə məhdudlaşa bilməz. Burada daha maraqlı olanı bir sıra ekspertlərin daim İslamda təriqət məsələsini vacib siyasi faktor kimi təqdim etməyə çalışmasıdır. Bu səbəbdən Türkiyə-İran münasibətlərini dini məzhəb münasibətləri çərçivəsinə salmaq çox təhlükəlidir. Hesab etmirik ki, regionun iki güclü dövləti bunu anlamasın. O cümlədən Suriya istiqamətində Ankara və Tehranın daha geniş prinsiplər üzrə əməkdaşlıq etdiklərinə şübhə etmirik. Məsələnin digər aspekti Qərbin, daha çox Amerikanın Rusiya-Türkiyə-İran koalisiyasına verdiyi reaksiya ilə bağlıdır.

Artıq bununla bağlı rəsmi münasibət vardır. Ekspertlər də müəyyən fikirlər ifadə edirlər. ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi bəyan edib ki, Rusiya ordusunun Suriyadakı fəaliyyəti onu göstərmir ki, Amerika ordusu dünyada aparıcı mövqeyini itirib. Əksinə, ABŞ dünya tarixində ən güclü hərbi sistemə malikdir. Buna görə də Amerikanın Yaxın Şərqdə liderliyi əldən verməsi haqqında deyilənlər əsassızdır (bax: Госдеп оспорил высказывание Путина о превосходстве российской армии / “Ведомости”, 23 dekabr 2016).

Bununla yanaşı, C.Kirbi onu da qeyd edib ki, Moskvadakı danışıqlar Amerikanı kənara itələmək anlamına gəlmir. Bu, Suriyada sülhə nail olmağa yönəlmiş çoxsaylı cəhdlərdən biridir. Əgər həmin təşəbbüs müsbət nəticə verərsə, bu, Amerika tərəfini sevindirər. Buna görə də Vaşinqton “üzünü yana çevirmir” və alınan müsbət nəticələri dəstəkləyəcək (bax: Игорь Субботин. На Ближнем Востоке – новый передел сфер влияния / “Независимая газета”, 22 dekabr 2016).

Eyni zamanda, C.Kirbi Vaşinqtonun Suriya ilə bağlı fəaliyyətini davam etdirdiyinə də işarə verib. O, xüsusi qeyd edib ki, Moskvadakı diskussiyalarda iştirak etməsələr də, amerikan diplomatiyası daha genişmiqyaslı təşəbbüslərin müəllifi olaraq fəaliyyətini davam etdirir. Məsələn, “dövlət katibi Con Kerri Ər-Riyadda müzakirələr aparıb” (bax: əvvəlki mənbəyə). Məsələnin bu tərəfi C.Kerrinin bir fikri kontekstində daha çox maraq doğurur. C.Kirbinin dediyinə görə, “Kerri telefonda Lavrov və Türkiyə xarici işlər naziri ilə danışıb və yeni təşəbbüsün uğurlu olacağına bədbin münasibət göstərdiyini ifadə edib” (bax: Станислав Тарасов. Станет ли устойчивым альянс России, Ирана и Турции? / "Regnum", 22 dekabr 2016).

Ziddiyyətlər və əməkdaşlıq potensialı: Qərbin reaksiyası müstəvisində baxış

Sonuncu fikirləri əvvəlkilərlə müqayisə edəndə ABŞ dövlət katibinin mövqeyində müəyyən ziddiyyətin olduğu aydınlaşır. Çünki bir tərəfdən o, Suriya ilə bağlı istənilən təşəbbüsü dəstəklədiklərini bildirir, digər tərəfdən isə Hələbdə atəşkəsə nail olmuş bir əməkdaşlıq formatına bəri başdan bədbin münasibətini göstərir. Belə çıxır ki, Amerika alternativ addımlar atmaqda maraqlıdır. C.Kerrinin Ər-Riyadda danışıqlar aparması bu aspektdə hansı rolu oynaya bilər?

Əvvəlcə ekspertlərin bir fikrinə nəzər salaq. Onların bəziləri hesab edirlər ki, Türkiyə-Rusiya-İran koalisiyasına Səudiyyə Ərəbistanı və Qətər qısqanclıqla yanaşırlar. Hesab edirlər ki, sünnilərin hüquqları pozulur. Bu səbəbdən də Ər-Riyadla Doha ayrıca hərbi güc hazırlayırlar. Onlar “Əl-Qaidə”nin oxşarını yaratmağa başlayıblar. Aleksandr İqnatenko bu məsələ ilə bağlı deyib: “Suriya qruplaşmalarının nəzarət etdiyi ərazilərdə sünni kvazidövləti yaradılır ki, artıq orada “Əl-Qaidə”nin yeni variantının meydana gəldiyi haqqında anonslar verirlər” (bax: Игорь Субботин. На Ближнем Востоке – новый передел сфер влияния / “Независимая газета”, 22 dekabr 2016).

Maraqlıdır ki, Donald Tramp da artıq Suriyadan tez-tez danışır. "The New York Times"ın yazdığına görə, Pensilvaniyadakı mitinqdə ABŞ-ın yeni prezidenti deyib ki, Suriyada vəziyyət çox kədərlidir və “insanlara kömək etmək lazımdır” (bax: Станислав Тарасов. Станет ли устойчивым альянс России, Ирана и Турции? / “Regnum", 22 dekabr 2016). D.Tramp sözlərinə davam edərək, Suriyada “təhlükəsizlik zonaları” yaratmaq üçün Körfəz ölkələrindən maliyyə vəsaiti alacağını da dilə gətirib, ancaq onu necə təmin etməkdən danışmayıb. Lakin Hələbdə baş verənlərdən sonra Vaşinqtonun həmin ideyadan vaz keçdiyini söyləyirlər. Həm də D.Tramp rəsmən prezident kürsüsünə qalxana qədər Rusiyanın vəziyyəti daha çox dəyişəcəyindən bəhs edirlər ki, bununla da Vaşinqton gecikə bilər.

Bu məqamları da nəzərə alanda Səudiyyə Ərəbistanında dövlət katibinin müzakirələr aparmasından Rusiya-Türkiyə-İran koalisiyasına bir alternativin hazırlandığı nəticəsini çıxara bilərik. Bu isə birmənalı olaraq regionda geosiyasi-hərbi vəziyyəti daha da ağırlaşdıracaq və faktiki olaraq iki səviyyədə ziddiyyətlər meydana gətirəcək.

Birincisi, Yaxın Şərqin böyük dövlətləri arasında ixtilaflar yeni səviyyəyə yüksələcək. O cümlədən Səudiyyə Ərəbistanı, Türkiyə, Qətər və İran arasında intriqalar daha aktiv fazaya keçə bilər. Bunun fonunda məzhəb qarşıdurmasında əvvəllər müşahidə edilməyən konflikt çalarları özünü göstərər. Məsələn, sünni dövlətlər arasında belə “yeni Əl-Qaidə” vasitəsilə münaqişələr yaranar. Bundan kimlərin qazandığı gün kimi aydındır.

İkincisi, ABŞ-Rusiya-Avropa-Çin geosiyasi xəttində gərginlik yüksələ bilər. Bu isə qlobal miqyasda hərbi ilə yanaşı, iqtisadi və maliyyə sferalarında da növbəti böhranları meydana atar. Faktiki olaraq dünya növbəti “soyuq müharibə” girdabına düşər. Bu prosesin ümumbəşəri fəlakətlərə aparıb çıxara biləcəyi hər kəsə məlumdur. Onda yuxarıda vurğulanan geosiyasi məqsədli koalisiyaların yaranması arxasında nələr dayanır? Ümumiyyətlə, belə cəhdlərə ehtiyac varmı?

Doğrusu, bu kimi suallara cavab verməyi siyasətçilər xoşlamırlar. Bəşəriyyətin taleyi baxımından isə kimin nəyi xoşlaması arqument ola bilməz. Aydın olanı budur ki, hələ də böyük dövlətlər korporativ maraqlardan çıxış edirlər. Bu cür oyunların həmişə bir sonu olur. İndiki halda bunun növbəti dünya müharibəsi ilə nəticələnməməsini arzulardıq.

Newtimes.az 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Professor Kamran İmanov beynəlxalq konfransda çıxış edib

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb

Təsisçi Bakı Fransız Liseyi Təhsil Kompleksinin ləğv olunmasının səbəbini açıqlayıb

DİM sədri: Qəbul imtahanlarında tətbiq olunacaq yeniliklər azı iki il əvvəl elan edilir

Əməyin təhlükəsizliyi və gigiyenası sahəsində Türkiyə ilə təcrübə mübadiləsi aparılır

Keşlədə kustar üsullarla kütləvi saxta məhsullar hazırlayan sex aşkar edilib

Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir

Arzu Babayeva: Ağgöl Milli Parkında ceyran populyasiyası müsbət dinamika ilə inkişaf edir

Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın qaldırdığı etirazlarla bağlı ictimai dinləmələr başa çatıb

Laləli çəmənlik görmək istəyənlər, Ağgöl Milli Parkına tələsin

ETX-nin məktəblərdə kibertəhlükəsizlik mövzusunda maarifləndirilmə layihəsi davam edir

“AzInTelecom” BMT-nin Qlobal Sazişinə qoşulub

Paytaxtda saxta alkoqollu içkilərin satışa çıxarılmasının qarşısı alınıb

Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır

Azərbaycan ilə Türkiyə muzeyləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib

“Qəbələ” israilli futbolçu ilə vidalaşıb

Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar...

Daha iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib

PFL-in prezidenti: Qəzadan sonra 9 dəfə əməliyyat olundum - MÜSAHİBƏ

BMU tələbələri ev heyvanlarının məsafədən qidalanmasına imkan verən cihaz hazırlayıblar

Azərbaycanın Rumıniya ilə hazırladığı layihə NATO tərəfindən təsdiqlənib

Azərbaycanın Baş prokuroru Beynəlxalq Prokurorlar Assosiasiyasının vitse-prezidenti seçilib

BŞTİ: Bakı Fransız Liseyində təhsil alan uşaqların dövlət təhsil müəssisələrinə köçürülməsi təmin edilə bilər