DÜNYA
Rusiya Türkiyə ilə turizm əlaqələrini tam bərpa etməyə hazırdır
Bakı, 30 iyun, AZƏRTAC
Rusiyanın Xarici İşlər Nazirliyi ölkəsinin Türkiyə ilə turizm sahəsində əlaqələri tam həcmdə bərpa etməyə hazır olduğunu bildirib.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, bununla yanaşı, XİN Ankaranı rusiyalı turistlərin təhlükəsizliyinin təmin olunması üçün bütün zəruri tədbirləri görməyə çağırıb.
Xatırladaq ki, Moskva Türkiyə ilə münasibətlərdə məhdudiyyətləri Rusiyanın Su-24 təyyarəsinin vurulmasından sonra tətbiq etmişdi. Ankaradan daxil olan üzrxahlıqdan sonra Prezident Vladimir Putin rusiyalı turistlərin Türkiyəyə səfərlərinə qoyulan məhdudiyyətlərin aradan qaldırmasına və ticarət sahəsində əməkdaşlığın bərpa olunmasına dair göstəriş verib.
Rusiyanın turizm operatorları artıq 10-12 gündən sonra turistlərin Türkiyə kurortlarını tam zəbt edəcəyinə ümidvardır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]
Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq
- 26.04.2024 [12:02]
Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək
- 26.04.2024 [11:54]