İQTİSADİYYAT


Rusiya-Türkiyə münasibətlərinin normallaşması Azərbaycan ilə Rusiyanın ticarət dövriyyəsinə mənfi təsir göstərməyəcək

A+ A

Bakı, 1 iyul, AZƏRTAC

Rusiya-Türkiyə münasibətlərinin normallaşması Azərbaycan ilə Rusiyanın ticarət dövriyyəsinə mənfi təsir göstərməyəcək.

AZƏRTAC xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov jurnalistlərə açıqlamasında bildirib.

"Azərbaycan ilə Rusiya arasında əlaqələr olduqca yüksək səviyyədədir. Eyni zamanda, ölkələr arasında ticarət dövriyyəsi ilbəil artır. Xüsusilə Azərbaycan məhsullarının keyfiyyəti və Rusiya bazarında yüksək səviyyədə qəbul olunması əhəmiyyətli rol oynayır. Buna görə Azərbaycan məhsulları Rusiyaya ixrac olunur və bu ixrac artmaqdadır", - deyə nazir müavini əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.