DÜNYA


Rusiya Ukrayna ilə neft boru kəməri müqaviləsini ləğv edib

A+ A

Bakı, 13 oktyabr, Nihad Budaqov, AZƏRTAC 

Rusiya Ukrayna ilə neft boru kəmərlərinin işlədilməsinə dair müqaviləni ləğv edib.

AZƏRTAC “ria.ru”ya istinadla xəbər verir ki, hökumətin qərarına görə, Rusiya Ukrayna ilə təxminən 21 ildir davam edən neft boru kəmərlərinin işlədilməsinə dair əməkdaşlıq müqaviləsini ləğv edib.

Rusiya və Ukrayna öz ərazilərində olan iki boru kəmərinin “Transneft” adlı şirkət tərəfindən birgə işlədilməsinə dair müqaviləni 1995-ci il iyulun 26-da imzalamışdı.

“Transneft” fevralda Ukrayna torpaqlarında olan idarəçilik hüququnu İsveçrənin “International Trading Partners” şirkətinə satmışdı.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.