DÜNYA
Rusiya Ukraynada vəziyyətin nizama salınmasında vasitəçilik etməyə hazırdır
Bakı, 18 dekabr, AZƏRTAC
Rusiya paytaxtında keçirilən ənənəvi mətbuat konfransında Prezident Vladimir Putin Ukraynanın şərqindəki “cəza əməliyyatları”nı Ukraynada hərbi çevriliş edən hazırkı Kiyev hakimiyyətinin apardığını vurğulayıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, ölkəsinin Ukraynada vəziyyətin nizama salınmasında vasitəçi rolunda çıxış etməyə hazır olduğunu bildirən Rusiya prezidenti bunun yalnız dialoq vasitəsi ilə mümkünlüyünü qeyd edib. O, həmçinin Ukraynanın şərqinə göstərilən hərbi təzyiqləri tamamilə perspektivsiz, dövlətçilik və xalq üçün zərərli hesab etdiyini deyib.
Vladimir Putin danışıqların gedişində birbaşa siyasi dialoqa çıxmağa və bu metodlarla vəziyyətin hətta vahid siyasi məkanın bərpa olunmasınadək nizamlamağa nail olacaqlarına ümid etdiyini bildirib.