DÜNYA
Rusiya Ukraynadan bitki mənşəli məhsulların idxalına və tranzitinə qadağa qoyub
Rusiyanın baytarlıq və fitosanitar nəzarəti xidməti oktyabrın 22-dən etibarən Ukraynadan bitki mənşəli məhsulların idxalına və tranzitinə qadağa qoyub.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, qadağa Ukrayna dövlət baytarlıq xidmətinin bu ölkədə istehsal olunan və ölkə ərazisindən tranzitlə daşınan bitki mənşəli məhsulların təhlükəsizliyinə təminat verməməsi ilə bağlıdır.
Ukrayna dövlət baytarlıq xidmətinin karantin idarəsinin rəhbəri Andrey Çelombitko oktyabrın 21-də Rusiya tərəfi ilə danışıqlar zamanı onlara razılaşdırılmış elektron ünvanı vasitəsilə Rusiya tərəfindən hər hansı bir tələbin daxil olmadığını bildirib. Nəticədə Rusiya Federasiyasının fitosanitar xidməti öz tələbinə cavab ala bilməyib və qadağa tətbiq etmək barədə qərar qəbul edib.
RF baytarlıq və fitosanitar nəzarəti xidmətinin rəhbəri Sergey Dankvert idarənin Ukraynanın Rusiyaya ona sanksiyalar tətbiq edən bəzi Avropa ölkələrinin istehsal etdiyi meyvə və tərəvəzi ixrac etməsindən şübhələndiyini deyib. Onun sözlərinə görə, xidmətin Ukraynaya yaxın regionlardakı ərazi idarələri 2014-cü ilin avqust və sentyabr aylarında bu ölkədən Rusiya ərazisinə alma, armud, pomidor, xiyar və gavalı axınının keçən illə müqayisədə kəskin şəkildə artığını qeydə alıb. RF baytarlıq və fitosanitar nəzarəti xidməti hesab edir ki, fitosanitar tələblərə uyğun gəlməyən bu məhsullarda müvafiq etiketlərin yoxluğu da onların Ukrayna mənşəli olmadığına sübutdur.